avtomatik-pergola
avtomatik-pergola

AVTOMATİK PERGOLA

Günəşin, küləyin, yağışın mənfi təsirlərindən qorunmaq üçün istifadə edilən bu sistem kafe, restoran, qış bağçası, hovuz üstü bağlanılmasında və digər məkanlarda əlverişlidir. Bu sistemdə yalnız "blackout tent parça" növündən istifadə olunur. Relsli tent sistemləri üçün nəzərdə tutulmuş bu parça işıq, su keçirməz və yanğına davamlılıq xüsusiyyətlərinə malikdir. Tentin üzərinə kənardan bərk cisimlər (daş, şüşə, taxta və s.) düşdükdə cırılmır və təmizlənməsi çox rahatdır. Bunun sayəsində sistem ilin bütün fəsillərində, istənilən hava şəraitində rahat istifadə edilə bilir. Sistemin bağlanması üzərindəki tentin qatlanaraq geriyə çəkilməsi ilə təmin edilir. Səssiz işləyə bilən və hər ölçüdə istehsal oluna bilən bu sistem istənilən vaxt üzərinin tamamilə açılması ilə əlavə komfort yaradır. Bundan başqa, istəyə bağlı olaraq tavan hissəsindəki tent sistemlərinə Led lampaların quraşdırılması da mümkündür. Led lampalar məkanı işıqlandırmaqla xüsusi zövq verir.

ASMA-GƏRMƏ MEMBRAN

Dartma tentlər istirahət yerlərinin ayrılmaz hissəsidir. Onlar su keçirməyən, möhkəm və güclü küləyə qarşı davamlı parçadan hazırlanır və istənilən layihəyə uyğunlaşdırılır. Əsasən, restoranlarda, otellərdə, ticarət mərkəzlərində və çimərliklərdə istifadə olunan dartma tentlər metal konstruksiya və ya asma - dartma üsulu ilə hazırlanır. Tent sizi sərt hava şəraitindən qoruyaraq istirahət etdiyiniz məkana komfort və xoş aura qatacaq.

asma-germe-membran
asma-germe-membran
bioklimatik-pergola
bioklimatik-pergola

BİOKLİMATİK PERGOLA

Avtomatik açılıb-bağlana bilən Bioklimatik Pergola sistemi erqonomik və funksional olun ən son texlonoji məhsuldur. Günəşin, küləyin, yağışın mənfi təsirlərindən qorunmaq üçün istifadə edilən bu sistem kafe, restoran, qış bağçası, hovuz üstü bağlanılmasında və digər məkanlarda əlverişlidir. Sistemin konstruksiyası alüminiumdan hazırlanır və heç bir dəmir konstruksiyadan istifadə olunmur. Sistemdə istifadə olunan profil və aksesuarlar paslanmaya davamlıdır. Bu sistemdə xüsusi hazırlanmış alüminium və şüşə panellərdən istifadə olunur. Konstruskiyanın açılması zamanı panellər növbəli şəkildə öndən geriyə doğru qatlanaraq bir birinin üzərinə yığılır.Səssiz işləyə bilən və hər ölçüdə istehsal oluna bilən bu sistem istənilən vaxt üzərinin tamamilə açılması ilə əlavə komfort yaradır.

SABİT TENT SİSTEMLƏRİ - MARKİZLƏR

Rahatlığın və komfortun rəmzi sayılan markizlərdən istifadə son bir neçə il ərzində olduqca geniş vüsət almışdır. Markizlər günəşdən qorunmaq üçün ən yaxşı vasitə olub kölgə yaradarkən ümumi görkəmi məhdudlaşdırmır. Belə ki, onlar təkcə yaşayış binalarında deyil, otellər, mağazalar, ofis və ticarət mərkəzlərində də quraşdırılır. Həmçinin, onlardan bağ evlərində terrasları və eyvanları bağlamaq üçün də istifadə etmək mümkündür. Markiz modelləri Sizin şəxsi istəyinizdən, ölçü və forma tələbinizdən və bu kimi bir sıra amillərdən asılıdır.

sabit-tent-sistemleri-markizler
sabit-tent-sistemleri-markizler
Kataloq